Çantada “beşbarmaq” və dəyənək aşkar edildi

Çantada “beşbarmaq” və dəyənək aşkar edildi backend

Antalya-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının baqajına rentgen aparatıyla baxış zamanı monitorda “beşbarmaq” və dəyənəyin təsvirləri görünüb.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər.

Yoxlama nəticəsində vətəndaşın çantasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” və 1 ədəd dəyənək aşkar olunaraq götürülüb.