Qəbirstanlıqdan oğurluq edənlər yaxalandı

Qəbirstanlıqdan oğurluq edənlər yaxalandı backend

Şəkidə qəbiristanlıqdan oğurluq olub.

Polisin keçirdiyi əməliyyatla dəmir məhəccərləri oğurlayan 2 nəfər saxlanılıb.

Qaziler.az Xəzər Xəbər-ə istinadən bildirir ki, Mingəçevirdən gedib Şəkidə oğurluq ediblər.Oğurluq hadisəsi Şəkinin Çayqaraqoyunlu kənd qəbirstanlığında olub. Kənd sakinləri Şəki şəhər rayon polis şöbəsinə ərizə ilə müraciət edərək yaxınlarının qəbirlərinin ətrafında olan dəmir məhəccərlərin yoxa çıxdığını bildiriblər.Mürəciətdən sonra polis əməliyyat keçirib.

Həmin şəxslər 49 yaşlı Davud Quliyevi və 28 yaşlı Faiq Qasımov saxlanılıb..İlkin dindirilmə zamanı şübhəli şəxslər əməllərini etiraf ediblər.Onlar bildiriblər ki,Mingəçevirdən iş axtarmaq məqsədilə Şəkiyə gəliblər və yol kənarında qəbirstanlığı gördükdə oradan dəmir məhəccərləri oğurlayıblar. Onlar oğurladıqları dəmirləri yaşadıqları Mingəçevir şəhərində satıblar. Faktla bağlı araşdırma aparılır.