Azərbaycana keçən erməni haqqında rəsmi məlumat verildi

Azərbaycana keçən erməni haqqında rəsmi məlumat verildi backend

“Azərbaycan hakimiyyət nümayəndələri Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) beynəlxalq sərhədi keçərək Azərbaycan ərazisinə daxil olan Ermənistan vətəndaşı haqda məlumatlandırıblar”.


Bunu APA-ya açıqlamasında BQXK Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O qeyd edib ki, BQXK öz mandatına uyğun məsələni diqqətdə saxlayacaq.

Qeyd edək ki, erməni əsilli 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.