Multimedia Mərkəzi dövlət qurumlarını monitorinq edəcək

Multimedia Mərkəzi dövlət qurumlarını monitorinq edəcək backend

Məlum olduğu kimi Mərkəz 2006-cı ildən başlayaraq sistemli olaraq dövlət qurumlarının informasiya açıqlığı vəziyyətini araşdırır və müvafiq hesabatlar və dövlət qurumlarının informasiya açıqlığı üzrə reytinq cədvəli tərtib edir.

Bu il həyata keçiləcək Monitorinq prosesində 75 Mərkəzi icra orqanının ( Nazirliklər, Dövlət komitələri və s ) və 67 yerli icra orqanının (Rayon və şəhər icra hakimiyyətləri) rəsmi saytlarının informasiya açıqlığı vəziyyəti araşdırılacaq. Mərkəzin ekspertləri tərəfindən monitorinqin metodikası da təkmilləşdirilib.
Metodika ölkə qanunvericiliyi, xüsusilə “İnformasiya əldə edilməsi haqqında Qanun və beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb.
Yerli icra hakimiyyəti orqanlarının Monitorinqi məqsədilə hazırlanan qiymətləndirmə meyarlarında yerli icra orqanlarına xas olan spesifik xüsusiyyətlər nəzərə alınıb.
Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən informasiyaların kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi nəzərdə tutulub.
Metodikada dövlət qurumlarının rəsmi saytlarının ümumən 50 parametr üzrə onlayn şəffaflıq vəziyyətinin analiz olunması nəzərdə tutulub. 6 ay davam edəcək Monitorinq əsasında konkret hər bir dövlət qurumunun rəsmi saytı üzrə İcmal və Tövsiyələrin hazırlanması, informasiya açıqlığı üzrə Reytinq Cədvəlinin və Yekun Hesabatın hazırlanması nəzərdə tutulub. Monitorinq prosesinə aprelin əvvəlində başlanacaq. Monitorinq Elektron xidmətlərin təşviqi üzrü İctimai Şura ilə əməkdaşlıq şəraitində keçiriləcək. Layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.
Diaspora