DİQQƏT: ixtisas seçimi bu gün başa çatır

DİQQƏT: ixtisas seçimi bu gün başa çatır backend

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq. TQDK-dan Lent.az-a verilən məlumata görə, bu gün saat 11:30-a olan məlumata əsasən 37700 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 640 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.

V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçirməlidirlər.

Xatırladaq ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.
Diaspora