Bankdan oğurluq edən şəxs bank sahibinin sevgilisidir

Bankdan oğurluq edən şəxs bank sahibinin sevgilisidir backend

Salam əziz tamaşaçılar, siz xəbərlərə baxırsız.

-Şabran rayonunda qətl hadisəsi baş vermişdir, qız öz sevgilisinin ürəyini parçalamışdır. Hadisənin alçaxlıq zəminində baş verməsi şübhə doğurmur. Sevgi qatili qadın vicdanı tərfindən istintaqa cəlb olunub, dindirilir!.

–Növbəti xəbərimiz: Bakının Səbail rayonunda oğul ana qatili olub. Şahidlərin dediklərinə görə nankor övlad anasının üzünə qayıtmışdı, nəticədə infakt keçirən ana elə hadisə yerindəcə dünyasını dəyişib.

—Şəkidə “Məhəbbət” bankdan oğurluq edilib. Bankın rəhbərliyi yerli polis bölməsinə hadisə yerində quraşdırılmış kameralarla lentə alınan görüntüləri təqdim edib. Bu isə polislərin işini asanlaşdırıb və məlum olub ki, bankdan oğurluq edən şəxs bank sahibinin sevgilisidir.

Rüfət Soltan