Xədicə İsmayılovanın cəza müddəti azaldılıb

Xədicə İsmayılovanın cəza müddəti azaldılıb backend

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalisit Xədicə İsmayılovanın şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Qaziler.az APA-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə X. İsmayılova barəsində olan Cinayət Məcəlləsinin192-ci maddəsi üzrə işəxitam verilməsini istəyib. Məhkəmə onun barəsində seçilmiş cəza müddətini 3 il 6 aydan2 il 3 aya qədər azaldıb.

Qeyd edək ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.