Binəqədidə bir ev bir neçə nəfərə satılıb - 50 nəfər şikayətçidir

Binəqədidə bir ev bir neçə nəfərə satılıb - 50 nəfər şikayətçidir backend

50-yə yaxın vətəndaş onlara satılan evlərin daha bir neçə nəfərə satıldığını iddia edir.

Söhbət paytaxtın Binəqədi rayonu Atatürk prospekti 3078 a məhhələsində salınan 18 mərtəbəli yaşayış binasından gedir. Sakinlər deyir ki, bir neçə il əvvəl bu binadan mənzil alıblar. Ancaq evə köçmək məsələsi gələndə mənzilin bır neçə nəfərə satıldığı ortaya çıxıb.

Zərərçəkmişlərin sözlərinə görə, mənzillərin onlara məxsus olduğunu sübut edən bütün sənədləri qaydasındadır. Bu məqsələ də Korrupsiyaya qarşı mübarizə idarəsinə və digər müvafiq orqanlara şikayət ediblər. Hətta bunula bağlı cinayət işi də başlanıb.

Binanı tikən şirkətin rəhbərliyi ilə görüşən sakinlər onlara Xırdalan şəhərində tikilən yeni yaşayış binasından mənzillər təklif olunduğunu baxmayaraq, həmin evlərə köçmək istəmədiklərini bildiriblər. Sakinlər tezliklə məsələnin obyektiv həllini gözləyirlər.

Problemlə bağlı üz tutduq yaşayış binasını tikən ``Xudafərin`` MMC-nin Nobel prospeketində yerləşən ofisinə. İçəri daxil olduqda çəkiliş qurupumuzu görən MMC-nin rəhbərliyi qapını bağlı saxlamağa üstünlük verdi.

Sonra isə ``Xudafərin`` MMC-nin təsiscisi Anar Məmmədovla əlaqə saxladıq.

“Xəzər Xəbər” A.Məmmədovun açıqlamasını və mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: