22 yaşlı qız tanış olduğu oğlanla birləşərək onu böyüdən analığına qarşı quldurluq edib.
Hadisə bir neçə gün öncə paytaxtın Yasamal rayonunda baş verib. Nəzrin Əliyevə tanışı 33 yaşlı Yalçın Ramazanova birləşib analığı Tatyana Alimovanın evində çoxlu pul və qızıl zinət əşyalarının olması ilə bağlı məlumat verib. Evə qaz pulu yığan adı ilə gələn şəxs qadını döyüb əl qolunu yapışqanlı lentlə bağlayaraq pul və qızıl-zinət əşyalarını aparıb.Xəsarət yetirilən qadının vəziyyəti orta-ağırdır. Cinayəti törədən hər iki şəxs isə polislər tərəfindən tutularaq istintaqa cəlb edilib.
Məlumata görə, zərərçəkən Tatyana Alimova, Nəzrini hələ 3 aylıq olarkən övladlığa götürüb böyüdüb.
Faktla bağlı araşdırma aparılır.
“Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: