Bu gün Bakının 3 rayonuna su verilməsində məhdudiyyətlər olacaq.
QAZİLER.AZ “Azərsu”ya istinadən xəbər verir ki, Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində ərazidən keçən magistral su xətlərinin yeri dəyişdirilir. Bununla əlaqədar bu gün gün ərzində Abşeron rayonunun Bağlar massivinə, həmçinin Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.