Oğlunun əməllərinə görə vəzifəsindən azad edildi

Oğlunun əməllərinə görə vəzifəsindən azad edildi backend

Zərdab rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov tutduğu vəzifəsindən azad edilib. Bu barədə Trend-ə Zərdab rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edək ki, A.Səfərovun oğlu Ceyhun Səfərov bu il martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim etmə tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb.

İcra Hakimiyyətindən Trend-ə verilən məlumatda bildirilirdi ki, Zərdab rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilmiişdi.

Martın 27-də C.Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb.
Diaspora