Zəlzələdən ziyan çəkən evlərə baxış keçirilir

Zəlzələdən ziyan çəkən evlərə baxış keçirilir backend

İmişli rayonunda baş verən zəlzələdən ziyan çəkən evlərin siyahısı dəqiqləşdirilir. İmişli Rayon İcra Hakimiyyətindən virtualaz.org saytına verilən məlumata görə, hadisə nəticəsində əsasən köhnə yaşayış evlərində çatlar yaranıb: “İcra hakimiyyətinin memarlıq şöbəsi ziyan çəkmiş evlərin siyahısını hazırlayır. Artıq 10-dan çox evə baxış keçirilib. Bir neçə ictimai iaşə mərkəzinin binası da ziyan çəkib. Lakin hələlik dəqiq say demək çətindir. Çünki müraciətlər davam edir”.

Qurumdan qeyd ediblər ki, siyahı dəqiqləşəndən sonra dəymiş zərərin aradan qaldırılması üçün tədbirlərə başlanılacaq.

Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi zəif təkanların davam edəcəyini açıqlayıb.