DSMF jurnalistlər üçün müsabiqə keçirir

DSMF jurnalistlər üçün müsabiqə keçirir backend

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planı”nın 2.36-cı bəndinə (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda müsabiqə elan edir.

Müsabiqəyə 01 aprel 2015-ci il tarixdən 15 may 2015-ci il tarixədək Azərbaycan Respublikasının sığorta-pensiya sistemi, fərdi uçot sistemi və onun rolu, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının pensiya təminatında başlıca meyar olması, Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyd edilən sahələrdə həyata keçirilən işlər barədə mətbuatda, saytlarda çap edilmiş analitik məqalələr, radio və televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim edilməlidir.

Məqalələr 5 min işarədən, radio və televiziya verilişləri, süjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqdən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır. Materiallar 15 may 2015-ci il tarixdən gec olmayaraq, hansı qəzet və jurnalda, saytda dərc olunduğu, radio və televiziya kanalında nümayiş etdirildiyi ( tarix və nömrəsi) göstərilməklə Komissiyaya təqdim edilməlidir.

Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və teleradio materiallarının müəllifləri 2 nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılacaqlar: Qəzet və jurnallarda, saytlarda dərc olunmuş ən yaxşı məqalələr üzrə: 1-ci yer – 800 manat; 2-ci yer – hər biri 500 manat olmaqla iki yer; 3-cü yer – hər biri 300 manat olmaqla üç yer. Televiziya və radio kanallarında verilmiş ən yaxşı teleradio verilişləri və telesüjetlər üzrə: 1-ci yer – 800 manat; 2-ci yer – hər biri 500 manat olmaqla iki yer; 3-cü yer – hər biri 300 manat olmaqla iki yer. Hər iki nominasiya üzrə ümumilikdə 15 həvəsləndirici mükafat - cəmi 1500 manat məbləğində.

Eyni zamanda bildiririk ki, komissiyaya DSMF-nin sədr müavini Zakir Babayev rəhbərlik edir. Müsabiqə komissiyası Ünvan: Bakı şəhəri, H.Zərdabi prospekti, 80 Dövlət Sosial Müdafiə Fondu Əlaqə telefonu: 434-60-12
Diaspora