Əməkdar artist sükanı azyaşlı oğluna həvalə etdi, təhlükə yaratdı

Əməkdar artist sükanı azyaşlı oğluna həvalə etdi, təhlükə yaratdı backend

12-13 yaş arasında olan uşaq avtomobil sürür...

12-13 yaş arasında olan uşaq avtomobil sürür... Özü də həyacanlı vəziyyətdə.

Həm özünü, həm də azyaşlı övladını təhlükəyə atan isə əməkdar artist Səbuhi İbayevdir. O, sərnişin kimi avtomobilə oturaraq maşını idarə etəməyi övladına həvalə edir. Hətta həmin anları çəkərək sosial şəbəkələrdə də paylaşıb.

Məsələ ilə bağlı əlaqə saxladığımız Səbuhi İbayevin sözlərinə görə, övladı avtomobil sürməyi bacarır və onun könlünü qırmamaq üçün bu addımı atıb. Səhv addım atdığını etiraf edən əməkdar artist sosial şəbəkədə paylaşdığı videonu siləcəyini bildirir.

Bəs avtomobili sürmək üçün uşağa həvalə edən əməkdar artisti hansı cəza gözləyir?

Yəni, belə qayda pozan vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər isə iki min manat məbləğində cərimə edilə bilərlər.

Səbuhi İbayev Şuşa Humanitar Kollecində müəllim işləyir. Hazırda Akademik Opera və Balet Teatrının solisti olan Səbuhi İbayev dəfələrlə «Leyli və Məcnun» operasında Məcnun obrazını yaradıb.

“Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: