Bu gün Minsk qrupunun həmsədrləri Vyanada hesabat verəcək

Bu gün Minsk qrupunun həmsədrləri Vyanada hesabat verəcək backend

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Vyanada hesabat təqdim edəcəklər. Ceyms Uorlik: "Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini prioritetə çevirməliyik”

Bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Vyanada hesabat təqdim edəcəklər. APA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” hesabında yazıb.
“Bu gün ATƏT-in Minsk qrupu həmsədrləri ATƏT-in Minsk qrupuna artan zorakılıq halları və vasitəçilik səyləri barədə hesabat təqdim edəcək. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini prioritetə çevirməliyik”, - deyə həmsədr qeyd edib.
Diaspora