CASCFEN Mətbuat Xidmətindən QAZİLER.AZ saytına verilən xəbərə görə, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) orta məktəb müəllimləri üçün növbəti netiket seminarını keçirib. Qurumdan verilən məlumata görə, Bakıda, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda keçirilmiş tədbirə Şəmkir, Neftçala, Şəki, Göyçay, Tovuz, Yardımlı, Samux, Qazax, Qax rayonlarından, həmçinin Gəncə, Sumqayıt və Bakı şəhərlərindən gəlmiş 27 müəllim qatılıb. Təhsil Problemləri İnstitutunun “Elektron məktəb üçün elektron müəllim” proqramı çərçivəsində təlimlərə qatılmış müəllimlər əlavə olaraq belə bir seminarda iştirakı məmnunluqla qarşılayıblar.
Təşkilatın daxili imkanları hesabına 3 ildir fasiləsiz davam edən “Onlayn etika – netiket” proqramı çərçivəsində gerçəkləşdirilən seminarda orta məktəb müəllimlərinin internetdən istifadə zamanı əməl etməli olduğu 10 qızıl qayda haqqında danışılıb. Seminarda çıxış edən CASCFEN sədri Azər Həsrət qeyd edib ki, Azərbaycan qanunları hər bir insana özünü sərbəst şəkildə ifadə etmə azadlığı tanıyır. Amma təəssüflər olsun ki, bəzən insanlarımız bu azadlıqdan sui-istifadə edir, yaxud da sadəcə netiketi bilmədikləri üçün başqa istifadəçi–netizenlərin kefini və haqqını pozan hallara yol verirlər.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) orta məktəb müəllimləri üçün növbəti netiket seminarını keçirib. Qurumdan verilən məlumata görə, Bakıda, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda keçirilmiş tədbirə Şəmkir, Neftçala, Şəki, Göyçay, Tovuz, Yardımlı, Samux, Qazax, Qax rayonlarından, həmçinin Gəncə, Sumqayıt və Bakı şəhərlərindən gəlmiş 27 müəllim qatılıb. Təhsil Problemləri İnstitutunun “Elektron məktəb üçün elektron müəllim” proqramı çərçivəsində təlimlərə qatılmış müəllimlər əlavə olaraq belə bir seminarda iştirakı məmnunluqla qarşılayıblar. Təşkilatın daxili imkanları hesabına 3 ildir fasiləsiz davam edən “Onlayn etika – netiket” proqramı çərçivəsində gerçəkləşdirilən seminarda orta məktəb müəllimlərinin internetdən istifadə zamanı əməl etməli olduğu 10 qızıl qayda haqqında danışılıb. Seminarda çıxış edən CASCFEN sədri Azər Həsrət qeyd edib ki, Azərbaycan qanunları hər bir insana özünü sərbəst şəkildə ifadə etmə azadlığı tanıyır. Amma təəssüflər olsun ki, bəzən insanlarımız bu azadlıqdan sui-istifadə edir, yaxud da sadəcə netiketi bilmədikləri üçün başqa istifadəçi–netizenlərin kefini və haqqını pozan hallara yol verirlər.
“Biz çalışırıq ki, bu seminarlar vasitəsilə hər bir insanın virtual aləmdə davranışlarını özünün sərbəst şəkildə tənzimləməsinə nail olaq. Azadlıqların qanunla təmin edilməsi və onlardan istifadə üçün şərait yaradılması həm də əlavə məsuliyyətdir. Bu isə o deməkdir ki, hər bir netizen onlayn imkanlardan istifadə zamanı başqalarının qanını qaraldacaq, etik hədləri aşacaq davranışlara yol verməməlidir. Nəzərə alsaq ki, orta məktəb şagirdlərinin demək olar ki, hamısı internet istifadəçisidir, bu cür bilgilərin müəllimlər tərəfindən mənimsənilməsi və sonradan şagirdlərə təbliğ edilməsi faydalı olardı”, – deyə Azər Həsrət bildirib.
CASCFEN sədri onu da qeyd edib ki, qurum öz ictimai-faydalı fəaliyyət prinsiplərinə sadiq qalaraq ölkənin istənilən bölgəsində bu cür pulsuz seminarlar keçirməyə hazırdır. İştirakçı müəllimlər seminarın faydalı olduğunu, belə tədbirlərin rayonlarda və daha geniş auditoriyalarda keçirilməsinin gərəkliliyini bildiriblər. Sonda iştirakçılara CASCFEN-in sertifikatları təqdim edilib.