Bakıdan Batumiyə avtobus reysinin qiyməti qalxdı - 35 manat

Bakıdan Batumiyə avtobus reysinin qiyməti qalxdı - 35 manat backend

Bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1,3 və 5-ci günləri Bakı-Batumi avtobus reysi fəaliyyətə başlayıb. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Şəfa Mehmanqızı "APA-Economics"ə bildirib ki, avtobusun yola düşmə vaxtı Bakı vaxtı ilə saat 18:00, təyinat məntəqəsinə - Batumi şəhərinə çatma vaxtı isə növbəti gün saat 9:00-da baş tutacaq.


Qeyd edək ki, gediş biletinin qiyməti 35 manat təşkil edir.

Xatırladaq ki, Bakıdan Batumiyə avtobus reysinin açılacağı ilə bağlı ilk xəbərdə qiymət 25 manat göstərilirdi.