Doqquzillik təhsil bazasında kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunanlar iyulun 21-dən 29-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtinası kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.