Orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb backend

Ümumi orta təhsil (9 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, ümumi orta təhsil (9 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələri bu gün saat 18:00-dan etibarən TQDK-nın rəsmi internet səhifəsində yerləşdirib.

Müsabiqənin nəticələri haqqında məlumatı həmçinin "Azercell", "Bakcell" və "Nar Mobile" nömrələrindən mobil telefonla abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
Təhsil forması
Qəbul planı

Qəbul olunub
Qəbulolma
faizi
Azərbaycan bölməsi
Rus
bölməsi
Bölmələr üzrə cəmi
Dövlət ödənişsiz
4193
3933
133
4066
96.90
Dövlət ödənişli
4486
3927
146
4073
90.57
Özəl
780
783
0
783
100.00
Cəmi
9459
8643
279
8922
94.15

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 2016‑cı il iyulun 21-dən 29-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.