Nazirlik 11 minədək əlil şəxsi bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edib

Nazirlik 11 minədək əlil şəxsi bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edib backend

Cari ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bərpa mərkəzlərində 10 946 nəfər əlilliyi olan şəxsə bərpa-müalicə və protez-ortopedik xidmətlərin göstərilməsi təmin olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, həmin şəxslərdən 3 891 nəfəri bərpa mərkəzlərində reabilitasiya tədbirlərinə cəlb edilib və bərpa-müalicə kursu keçiblər.

Bundan başqa, 7055 nəfər əlilliyi olan şəxsə isə nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən protez-ortopedik bərpa xidmətləri göstərilib. Onların dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə protez-ortopedik məmulat və reabilitasiya vasitələri ilə təminatı həyata keçirilib.

Bununla yanaşı, cari ilin ötən dövründə bu təbəqədən olan 105 nəfər şəxsin xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib.