Azərbaycana Türkiyədən tərkibində salmonella virusu olan yumurta gətirildiyi iddia olunur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, Türkiyədən gətirilən və tünd qırmızı rəngdə olan qutularda satılan yumurtalar şübhə doğurub. Buna görə o bir sıra dövlət qurumlarına bu barədə məlumat verib.Bəs istehlakçıları həmin yumurtaları necə tanıya bilər, alarkən hansı məqamlara diqqət etmək lazımdır?
Eyyub Hüseynov satışda Ukraynadan idxal olunan və tərkibinin ekoloji çirkləndiyi "Katkit" markalı toyuq ətlərinin olduğunu da bildirib. Buna səbəb onun tərkibinə həddən artıq suyun süni yolla vurulmasıdır.
İddialarla bağlı Kənd Təsərrüfatı Yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, ölkəyə daxil olan yumurta məhsulları və digər heyvan mənşəli məhsullara ciddi nəzarət olunur. Ölkəyə daxil olan bütün məhsullar müayinələrdən keçirilir və hər hansı bir xəstəliyə yoluxma faktı qeydə alınmayıb.
“Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: