Parlament seçkilərində iştirak üçün yaş həddi 18 ola bilər

Parlament seçkilərində iştirak üçün yaş həddi 18 ola bilər backend

Azərbaycanda parlament seçkilərində iştirak üçün yaş həddi 18 ola bilər.

Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamda qeyd edilib.

Sənədə əsasən, Azərbaycan Konstitusiyasının 85-ci maddəsinin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözlərinin “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur.