Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Bərdə regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.
Agentlikdən Trend-ə verilən məlumata görə, Bərdə “ASAN xidmət” mərkəzi Bərdə, Ağdam, Ağcabədi, Laçın, Yevlax və Tərtər rayonlarında qeydiyyatda olan və ümumi sayı 800 000-ə yaxın vətəndaşa xidmət göstərir.Hazırda 8 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 4-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə Sabirabad və Bərdədir.
“ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə əldə etmək olar.