Sabah hava şəraiti dəyişkən buludlu olacaq

Sabah hava şəraiti dəyişkən buludlu olacaq backend

İyulun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Qaziler.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 32-37 dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti isə əsasən yağmursuz olacaq. Lakin səhər və axşam Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 34-39 dərəcə isti, dağlarda gecə 14-19 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.