Zabrat yolunda piyada keçidi tikilir

Zabrat yolunda piyada keçidi tikilir backend

Sabunçu rayonu Şəhər şossesində - “Sabunçu körpüsü”ndən Zabrat qəsəbəsinə doğru düşən hissədə yerüstü piyada keçidinin inşasına start verilib.

Bu barədə virtualaz.org-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Yerüstü piyada keçidi metal konstruksiyalı olacaq. Keçid 2 çıxışlı, 2 aşırımlı (orta dayaqlı) və üstü bağlı olacaq. Burda fiziki qüsurli insanların hərəkəti üçün xüsusi panduslar quraşdırılacaq.