“ASAN xidmət” mərkəzi olmayan bölgələrdə vətəndaşlara “ASAN qatar”lar vasitəsi ilə xidmət göstəriləcək. Bunun üçün artıq ilkin hazırlıqlara başlanılıb.
“ASAN xidmət” mərkəzi olmayan bölgələrdə vətəndaşlara “ASAN qatar”lar vasitəsi ilə xidmət göstəriləcək. Bunun üçün artıq ilkin hazırlıqlara başlanılıb.Azərbaycanda hazırlanan və bütün lazimi avadanlıqlarla təchiz ediləcək vaqonların bu ilin sonundan etibarən istifadəyə verilməsi nəzərdə tutulur. Xidmətin işçiləri qatarlarla əvvəlcədən müəyyən olunmuş stansiyalarla hərəkət edəcək və müxtəlif rayonlarda dayanaraq vətəndaşlara xidmət göstərəcəklər.
Yeni qatarların maşurut xətti barədə ictimaiyyətə geniş məlumata veriləcək..Qeyd edək ki, qatarlar istifadəyə verildikdən sonra avtobuslarla təşkil edilən səyyar xidmətlər də davam etdiriləcək. Bu günə kimi isə “ASAN avtobus”lar vasitəsi ilə 700 min vətəndaşın müraciətinə baxılıb.
“Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



