Azərbaycan təhsilində yeni layihəyə start verilir

Azərbaycan təhsilində yeni layihəyə start verilir backend

Azərbaycanda yeni tədris ilindən inklüziv ibtidai təhsilin pilot modeli çərçivəsində tədrisə başlanılacaq. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, yeni dərs ilindən “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinə başlanılır.

“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi Təhsil Nazirliyi və BMT-nın Uşaq Fondu (UNİCEF) arasında 2014-cü il tarixində imzalanmış “2014-2015-ci illərə dair İllik Fəaliyyət Planı”na müvafiq olaraq əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunmasını nəzərdə tutur.

Pilot layihə Nizami rayonu 220 nömrəli məktəb-lisey və Xətai rayonu 138 nömrəli orta məktəbdə həyata keçiriləcək. Pilot müəssisələrdə loqopedik xidmət yaradılacaq.
Diaspora