Orta məktəblərdə məktəbəhazırlıq qrupları açılacaq

Orta məktəblərdə məktəbəhazırlıq qrupları açılacaq backend

Növbəti tədris ilindən orta məktəblərdə pulsuz məktəbəhazırlıq qrupları açılacaq. Bu qruplar 2020-ci ilə qədər uşaqların 90%-ni əhatə edəcək.

Hazırda məktəbəhazırlıq qrupları çox az sayda, bəzən isə ödənişli təşkil olunur. Yeni qərardan sonra bunun kütləvi hal alması gələcəkdə xüsusilə ibtidai təhsilin keyfiyyətinin artması gözlənilir.

Təhsil Nazirliyin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov bu qruplara ibtidai sinif müəllimlərinin cəlb olunacağını deyir.

Ekspert Əjdər Ağayev də məktəbəhazırlıq qruplarının əhəmiyyətli olduğunu, lakin düzgün təşkilinin vacibliyini vurğulayır.

Qərarda 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsilin təşkilində mövcud təhsil və digər sosial-mədəni obyektlərin infrastrukturundan istifadəsi də nəzərdə tutulur.

“Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: