Umud Rəhimoğlu Beynəlxalq Mətbuat İnstitutunun Baş Assambleyasında iştirak edir

Umud  Rəhimoğlu Beynəlxalq Mətbuat İnstitutunun Baş Assambleyasında iştirak edir backend

Beynəlxalq Mətbuat İnstitutunun Myanmadakı Baş Assambleyası bu gün öz işinə başlayıb. Qaziler.az saytına Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) informasiya departamentindən bu barədə məlumat daxil olub. Verilən məlumata görə, buna qədər isə Beynəlxalq Mətbuat İnstitutunun idarə heyətinin görüşü keçirilib.

Görüşdə BMİ-nun ötən ilki fəaliyyəti və növbəti il üçün strateji planı müzakirə olunub. BMİ-nun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Barbara Trionfi idarə heyəti tərəfindən BMİ-nun icraçı direktoru vəzifəsinə seçildi. Bundan başqa idarə heyəti özünün strateji tərəfdaşları ilə əməkdaşlığı da müzakirə edib. Qeyd edək ki, bu mötəbər qurumun İdarə Heyətində Azərbaycanı BAMF sədr Umud Rəhimoğlu, bu beynəlxalq təşkilatın tərəfdaşları sırasında isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) var.

BAMF-ın sədri U.Rəhimoğlu Beynəlxalq Mətbuat İnstitutunun(IPI) Myanmada keçirilən Baş Assambleyası çərçivəsində Birləşmiş Millətlər Təşkilatının fikir və ifadə azadlığı hüququnun təşviqi və qorunması üzrə xüsusi məruzəçi Deyvid Keylə görüşüb. Görüşdə BMT-nin İqtisadi-Sosial Şurasının ən yüksək məşvərətçi statuslu üzvü kimi BAMF-ın BMT-nin digər qurumları ilə münasibətləri geniş müzakirə olunub. Sonda BAMF-ın sədri U.Rəhimoğlu Deyvid Keyi Azərbaycana dəvət edib. Deyvid Key dəvəti qəbul edərək tezliklə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib. Bundan başqa BAMF-ın sədri U.Rəhimoğlu Myanmanın İnformasiya Texnologiyaları naziri cənab Ye Htut və Myanmanın Mətbuat Şurasının sədri UKhin Maung Aye ilə də görüşüb.
Diaspora