Bakıda ağır yol qəzası baş verib. Xətai Rayon Polis İdarəsindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olanlardan hələ şəxsiyyətləri müəyyənləşdirilməyən 1 nəfər ölüb, daha bir nəfər xəstəxanada keçinib.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir, lakin neçə yaralının olduğu barədə dəqiq məlumat yoxdur. Yaralılar xəstəxanaya yerləşdirilib.Bakıda avtobus minik maşını ilə toqquşdu: 2 ölü, yaralılar var

