Sabah, saat 11:00-da Beynlxalq Mətbuat Mərkəzində Avropa İnsan Hüquqları üzrə Məhkəməsində Dilqəm Əsgərov və Şahbaz Quliyevin haqlarını müdafiə edəcək Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Anar Bağırovun media üçün geniş mətbuat konfransı keçiriləcəkdir.
Tədbirdə həmyerlilərimiz Dilqəm Əsgərov , Şahbaz Quliyev və dünyasını dəyişmiş Həsən Həsənovun yaxın qohumları da iştirak edəcəklər.Bu barədə Beynlxalq Mətbuat Mərkəzi məlumat yayıb.