Bu gün bu ilin aprel ayįnda Vətən uğrunda gedən döyüşlərdə şəhid olmuş polkovnik-leytenant Raquf Orucov və şəhid Seymur Baxışovun doğum günüdür. Bu münasibətlə xalq, Qarabağ Qaziləri, şəhid ailələri, ikiqat olimpiya çempionu, Qarabağ qazisi İlham Zəkiyev, boks üzrə dünya çempioni Fariz Məmmədov, idmançılar, nüfuzlu jurnalistlər və geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə Sumqayıt şəhərində tədbir keçirilib.
Hər iki şəhidin məzarı ziyarət edilib və gül dəstələri qoyulub. Qeyd edək ki, ziyarət iştirakçıları şəhid polkovnik -leytenant Raquf Orucovun döyüş yolunu araşdırıb, onun göstərdiyi şücaətlərə görə dövlət tərəfindən ölümündən sonra təltif edilməsi üçün, yəni Milli Qəhrəman statusu verilməsi üçün cənab prezidentə müraciət qəbul ediblər.


Allah şəhidlərimizə rəhmət eləsin.






