Azərbaycanda saatların əqrəbləri bir saat irəli çəkilib. Trend-in məlumatına görə, Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına uyğun olaraq, cari ildə Azərbaycan ərazisində yay vaxtına keçid bu ayın son bazar günü, yəni martın 29-da saat 4:00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə həyata keçirilib.
Qeyd edək ki, artıq Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Gürcüstanla yanaşı, dünyanın Yaponiya, Çin, Cənubi Koreya kimi inkişaf etmiş dövlətləri də yay və qış vaxtına keçidi ləğv ediblər.