Bu gün on bir ayın Sultanı - müqəddəs Ramazan bayramıdır. Qarabağ Qaziləri İctimai Birliyi müqəddəs Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edir.
Qarabağ Qaziləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailələrini, Qarabağ qazilərini, səngərdə Vətənin keşiyində cəsarətlə dayanan əsgərlərimizi, məcburi köçkünlərin ailələrini və bütün xalqımızı təbrik edir. Tutulan orucların qəbul olmasını Allahdan diləyir, millətimizə bol ruzi, can sağlığı arzulayırlar! Bayramınız mübarək, əziz xalqımız!Qarabağ Qazilərindən Ramazan təbriki

