Azay Quliyev ATƏT PA-nın vitse-prezidenti seçildi

Azay Quliyev ATƏT PA-nın vitse-prezidenti seçildi backend

ATƏT PA-nın Gürcüstan paytaxtında keçirilən son plenar iclasında qurumun prezidenti və vitse-prezident vəzifələrinə seçki olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Azərbaycan Milli Məclisinin deputatı, ATƏT PA-nın Siyasi məsələlər və Təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev qurumun vitse-prezidenti vəzifəsinə seçilib. Səsvermə zamanı onun namizədliyini 119 deputat dəstəkləyib.