Bakıda partlayış: insanlar təşvişə düşdü

Bakıda partlayış: insanlar təşvişə düşdü backend

Dünən gecə saatlarında Bakının Xocahəsən qəsəbəsində yerləşən “Lider Cola” şirkətinə məxsus istehsal fabrikində partlayış baş verib.

QAZİLER.AZ ANSPRESS-ə istinadən xəbər verir ki, içkilərə vurulan karbon qazının toplandığı çənin partlaması nəticəsində şirkətin istehsal binasına, eləcə də yaxınlıqdakı evlərə ziyan dəyib.

İlkin məlumatlara görə, 3 ev zədələnib. Partlayışın gücü yüksək olduğu üçün hadisə yerindən 400 metr aralıda yerləşən yaşayış sahəsinin daş hasarı uçub.

Bədbəxt hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilir.

Faktla əlaqədar araşdırma aparılır.