Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 16, 21, 25, 30 iyun tarixlərində Respublikanın orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu imtahanlarda 104476 nəfər IX sinif şagirdi, 84589 nəfər XI sinif şagirdi iştirak edib.Ümumi orta təhsil bazasında (9 illik) imtahan verən şagirdlərin Azərbaycan dili fənnindən 20911 nəfər 2 ( iki) , 13694 nəfəri 5 ( beş) , riyaziyyat fənni üzrə 26438 nəfəri 2 ( iki) , 18940 nəfəri isə 5 ( beş) qiymət alıb.