Jurnalist Fikrət Fərəməzoğluna cinayət işi açılıb

Jurnalist Fikrət Fərəməzoğluna cinayət işi açılıb backend

Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlunun polis tərəfindən tutulduğu məlum olub. Bu barədə APA-ya vəkil Nemət Kərimli məlumat verib.


Onun sözlərinə görə, iyulun 2-də Nərimanov rayon Məhkəməsində F. Fərəməzoğlu barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Jurnalist Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmədə) maddəsi ilə təqsirləndirilir: “Əldə etdiyimiz məlumata görə, jurnalist Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Lakin bu barədə heç bir rəsmi məlumat verilmir. Böyük ehtimalla o bu gün istintaq təcridxanasına köçürüləcək”.

Qeyd edək ki, F. Fərəməzoğludan iyunun 30-dan bəri heç bir xəbər yox idi.