Bakıda güclü yanğın söndürülüb: xəsarət alan olmayıb

Bakıda güclü yanğın söndürülüb: xəsarət alan olmayıb backend

Bu gün saat 18:00 radələrində Bakının Binəqədi rayonunda Əcəmi Naxçıvani küçəsində yerləşən kafedə yanğın başlayıb.

Hadisə yerinə 3 yanğınsöndürən briqadası cəlb olunub.

Trend-in məlumatına görə, kafenin bir zalı və avtoyuma məntəqəsi yanıb. Yanğın 18:30-da söndürülüb.

İlkin məlumata görə, yanğına səbəb kafenin elektrik naqilindəki qısa qapanma olub. Yanğın nəticəsində xəsarət alan olmayıb.