Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu tutulub

Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu tutulub backend

Qaziler.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə məlumatı F.Fərəməzoğlunun həyat yoldaşına istinadla bir sıra yerli KİV yayıb.

Onun sözlərinə görə, iyunun 30-da günorta vaxtı evlərinə mülki geyimli 3 nəfər gəlib və jurnalistin noutbukunu götürüblər. Elə onlarda səbəbini izah etmədən onun tutulmasını bildiriblər.

Bəzi məlumatlara əsasən, F.Fərəməzoğlu DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində saxlanılır.

DİN və Baş Prokurorluğun mətbuat xidmətlərindən bununla bağlı şərh almaq mümkün olmayıb.

F.Fərəməzoğlu 10 il öncə cinayət məsuliyyətinə cəlb edilmişdi. O zaman “24 saat” qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu DİN başçısı Ramil Usubovun ərizəsi əsasında şərəf və ləyaqətin qorunması maddəsi üzrə 1 il azadlıqdan şərti məhrumetmə cəzası almışdı.

Qeyd edək ki, Jam.az saytı hər hansı konkret siyasi-ideoloji istiqaməti ilə seçilmir.