“İlahi, bu gün mənim səylərimi qiymətləndir!”
Qaziler.az müqəddəs Ramazan ayının 25-ci gününün təqvimi və duasını təqdim edir.26 ramazan 1437 – 2 iyul 2016
İmsaq: 03:13
İftar: 20:31
26-cı günün duası:
“Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin”.
Tərcüməsi:
“İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!”.
Allah orucunuzu qəbul etsin!