Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaziler.az-a verilən xəbərə görə, iyulun 5-dək ölkə ərazisindəhavaşəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalıvar. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə düşəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
İyulun 2-3-də Bakı və Abşeron yarımadasında şimal-qərb küləyigüclənəcək. Havanın temperaturu 3-5 dərəcə düşəcək.