Azərbaycandan İstanbula səfər edəcək az sayda şəxs biletini geri qaytarıb

Azərbaycandan İstanbula səfər edəcək az sayda şəxs biletini geri qaytarıb backend

İyunun 28-də İstanbuldakı Atatürk hava limanında baş verən terror hadisəsindən sonra Azərbaycandan İstanbula səfər edəcək çox az sayda şəxs öz biletini geri qaytarıb.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, Atatürk hava limanında aviareyslərin təxirə salınması ilə əlaqədar tranzit uçuşlardan istifadə edən bəzi şəxslər biletlərini başqa istiqamət üzrə dəyişiblər:

“Biletlərini qaytaranlar və dəyişdirənlər var. Bunlar da Antalyaya və digər ərazilərə deyil, İstanbula gedənlər olub. Amma onların da sayı azdır”.
Xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 44 nəfərə çatdığı bildirilir.