Qarabağ Qazilərindən qardaş türk xalqına dəstək

Qarabağ Qazilərindən qardaş türk xalqına dəstək backend

“Qarabağ Qaziləri İctimai Birliyi” iyulun 28-dən 29-na keçən gecə Türkiyə Respublikasının İstanbul şəhərində Atatürk Hava Limanında baş verən terror aktını qətiyyətlə pisləyən açıqlama ilə çıxış edib:

“Biz Azərbaycanın Qarabağ Qaziləri olaraq zaman –zaman ermənilərin terroru ilə üzləşdik. Terrorun nə olduğunu yaxşı bilən bir xalqın övladları kimi qardaş Türkiyədə baş verən terror aktını pisləyirik. Türk qardaşlarımızı dəstəkləyir və hər zaman da Türkiyənin yanında olduğumuzu bildiririk. Terror hadisəsi zamanı həlak olmuş insanların yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik”.