İstanbulun Atatürk adına hava limanında baş verən terrora görə bu il Azərbaycanda nəzərdə tutulan “Sevgililər günü” ilə bağlı təbdirlər təxirə salınıb. Bu barədə QAZİLER.AZ saytına İlhamla Fərizənin ailəsindən məlumat verilib.
İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev deyib ki, qardaş Türkiyədə baş verən terror aktına görə bu ilki tədbirləri təxirə salıblar.“Biz bir millət iki dövlətik. Qardaşlarımız matəmdə olarkən biz şənlənə bilmərik! İnşallah, gələn ilə daha möhtəşəm tədbirlər keçirərik.”, deyə E.Alalhverdiyev bildirib.
Qeyd edək ki, 2000-ci ildən başlayaraq “Xural” qəzeti kollektivinin təşəbbüsü ilə Azərbaycanda hər il 30 iyun 20 Yanvar şəhidləri - İlham və Fərizənin toy günü “Sevgililər günü” kimi qeyd edilir.