Bəhram Nəsibovun həyat yoldaşı vəfat edib

Bəhram Nəsibovun həyat yoldaşı vəfat edib backend

QAZİLER.AZ saytı xəbər verir ki, Azərbaycan musiqi tarixində öz gözəl bəstələri ilə iz qoymuş, həzin və şirin mahnıları milyonların ürəyinə hopmuş Bəhram Nəsibovun həyat yoldaşı Rəfiqə xanım dünyasını dəyişib. Bu barədə tanınmış jurnalist Aygün Muradxanlı öz facebook səhifəsində yazıb:

“ "Deyin, hardadır", "Qal, sənə qurban", "Sənsiz yaşaya bilmirəm", "Səni qəmli görəndə" və nə qədər gözəl sevgi nəğmələrinin ünvanı Rəfiqə xanım vəfat edib. Gözəl bəstəkar Bəhram Nəsibovun Rəfiqə xanımı... Onların hekayəsi dünyanın ən gözəl eşq hekayələrindən biridi mənim üçün. Guldeste, heç bilmirəm, səni necə ovudum?..

Allah məkanını cənnət eləsin Rəfiqə xalanın. Nur içində yatsın. Gəl də sevgiyə inanma. Anan sevgi günündə getdi Bəhram əmiyə. İnşallah, ruhları rahatdır”.

Allah rəhmət eləsin!