Azərbaycanda 14 nəfəri ilan sancdı

Azərbaycanda 14 nəfəri ilan sancdı backend

Bu ay Azərbaycanda 14 nəfəri ilan sancıb. Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, onlardan 11 nəfəri xəstəxanaya qəbul edilib, digər 3 nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Onun sözlərinə görə, mərkəzə yerləşdiirlənlərdən 4 nəfərin vəziyyəti ağır, digərləri isə orta-ağırlıqda olub: “Müraciətlər əsasən Bakıətrafı kəndlərdən, Hacıqabul, Şamaxı, Qəbələ rayonlarından olub. Son günlər ölkədə havaların isti keçməsinə baxmayaraq, ilan sancma hallarında artım yoxdur”.

A.Maqsudiv əlavə edib ki, iyun ayında 4 nəfəri əqrəb, 1 nəfəri isə qara qurd sancıb.