Hicri təqvimi ilə bu gün Ramazan ayının 18-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin ANS PRESS-ə verdiyi məlumata görə, iyunun 24-də imsak Bakı vaxtı ilə saat 03:09, iftar isə saat 20:31-dədir. Ramazan ayının 18-ci gününün duası:
"Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin".Tərcüməsi:
"İlahi, bu gün məni Öz sübhlərinin bərəkəti ilə oyat! Qəlbimi bu Öz səhərlərinin ziyası ilə işıqlandır! Bütün əzalarımı o nurun ziyasında sabit qıl! Səni Öz nuruna and verirəm, ey ariflərin qəlbini nurlandıran Allah!"
Digər şəhərlər üçün Bakı vaxtına dəqiqə ilə edilən əlavələr:
Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4
Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11,
Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4,
Füzuli +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Göygöl +14,
Horadiz +10, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6,
Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4,
Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11,
Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16,
Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6,
Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16,
Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9
Allah orucunuzu qəbul eləsin.