"Sosial evlərin tikintisi üçün Mənzil İnşaatı Dövlət Agentliyinə 50 hektar torpaq və 10 milyon manat pul ayrılıb".
Qaziler.az APA-ya istinadən xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov deyib."Söhbət 1-2 evdən deyil, məhəllələrdən, kvartallardan gedir. Başqa sözlə, sosial evlərin tikintisi uzunmüddətli prosesdir. Təkcə tender prosedurları 5-6 ay aparacaq", - deyə A.Şərifov bildirib.
Baş nazirin müavini quruma ayrılan torpaqların harada yerləşdiyini deməyib: "Bu gün də quruma torpaqların ayrılması davam edir. Proses yekunlaşdıqdan sonra ətraflı məlumat veriləcək". (