Ali məktəb tələbələrinə kreditlər verilməsi onların təhsili davam etdirməsi üçün optimal proses olsa da tələbə və magistrların gələcəkdə bu kreditləri ödəyə biləcəyi sual altındadır.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvləri tərəfindən hazırlanmış bu qanun layihəsi ilə bağlı İqtisadi İnkişaf və Təhsil Nazirliklərindən, Mərkəzi Bankdan və digər əlaqədar təşkilatlardan da rəy alınıb. Maarifçi Kredit Fondu tərəfindən irəli sürülən təklifdə sosial xarakterli təhsil kreditlərinin faizsiz, kommersiya xarakterli kreditlərin isə 8 faiz dərəcəsi ilə 10 illik müddətə verilməsi nəzərdə tutulub. Daha sonra magistrlara da şamil edilən yeni qaydaya görə Kredit məbləği 4-20 min manat arsında dəyişir. Tələbə ali məktəbi bitirdikdən və işlə təmin olunduqdan sonra təhsil kreditini ödəmək imkanı əldə edir.Ekspertlər tərəfindən dəyərləndirilən təşəbbüs qarşımıza bəzi suallar da qoyur. 4 illik tələbə həyatında bu kreditlərdən yararlanan bakalavr və ya magistr gələcəkdə əmək faliyyəti ilə həmin kreditləri ödəməli olacaq. Tələbənin işlə təmin olunması isə bir ayrı məsələdir. Eksperetləri maraqlandıran digər məsələ isə aidiyyatı qurumların bu prosesi necə həyata keçirmələridir. Ölkədə verilən əmək haqqının fonunda təhsil haqqları həddindən çox yüksək olduğunu söyləyən ekspertlər veriləcək kreditlərin o qədər də ümidverici olmadığını söyləyirlər.
Digər ölkələrdə kreditlər 1-3 faizlə 15-20 illiyə verilir
Adalet.az-ın Tələbələrin kreditləri necə ödəyəcəkləri ilə bağlı sorğusuna Təhsil üzrə ekspert Eibar Əliyev cavab olaraq bildirib ki, Azərbaycanda bank rəhbərləri ali məktəbin reputasiyasına inanmırlar: Azərbaycan 2005-ci ildə Bolonya prosesinə qoşulub. Bu prosesə qoşulan ölkələr ali məktəb tələbələrinə çox geniş tələbə kreditləri verirlər. Kreditlər 1-3 faizlə 15-20 illiyə verilir. Şərait yaradılır ki, tələbələr təhsillərini başa vursunlar. Təhsil krediti verən ölkələrdə kredit verən banklar ali məktəblərin reputasiyasına bələddir. Bilirlər ki, hansı ali məktəblərin məzunları mütləq işlə təmin olunacaqlar və hissə-hissə onların verdiyi məbləği ödəyəcəklər. Azərbaycanda bank rəhbərləri arasında sorğu keçirsək, məlum olacaq ki, onlar heç bir ali məktəbin reputasiyasına inanmırlar. Əmək bazarında başqa ixtisasları qazananların da banklarda elə bir etibarı yoxdur. Ona görə banklar istəyirlər ki, bu layihədə qazansınlar, qazanc götürsünlər. Əslində bu, humanist prosesdir. Bu proses insan kapitalının inkişafına yönələn, kömək edən humanist məsələ olmalıdır. Hazırda ölkədə əksər ailələr qazandığı sonuncu qəpiyi təhsil haqqına verir. Başqa ölkələrdə isə tələbələrin valideynlərinin əmək haqqı aşağıdırsa, avtomatik olaraq ali məktəblərin vasitəçiliyi ilə onlara kredit verilir”.
Əvvəlki illərə nisbətən azərbaycanda təhsil haqqı minimum 1500 manat olub. Tələbə oxudan yoxsul ailələr üçün yeni təklifin xeyirli olacağı şübhə yaratmır. Lakin krediti verən banklarıla ali məktəblər arasında etibar səviyysəinin aşağı olması gəlcəkdə borcun ödənilə biməməsi ilə nəticələnə bilər. Ekspertlər belə bir təklf ilə çıxış edirlər ki, bunu inkişaf etdirmək, faizləri aşağı salmaq, krediti aşağı şərtlərlə vermək olar. Elə etmək olar ki, tələbə həmin krediti ali məktəbi bitirəndən sonra ödəyə bilsin.
Rüfət Soltan